“Kurtlar Vadisi Pusu”da canlandırdığı “Güllü Erhan” obrazı ilə məşhurlaşan Erhan Ufak böyük ekrandan uzaq bir həyat yaşayırdı.
Medianews.az xəbər verir ki, bir müddətdir Azərbaycanda daşınmaz əmlakla məşğul olan aktyor son görünüşünü sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.
Türkiyə televiziyasının ən uzun sürən seriallarından biri olan "Kurtlar Vadisi Pusu" 2007-2016-cı illər arasında ekranlarda iz buraxaraq milyonlarla tamaşaçının yaddaşına həkk olunub. “Güllü Erhan”, şübhəsiz ki, serialın unudulmaz obrazlarından biri idi. Bu obrazı canlandıran Erhan Ufak illər sonra tamam fərqli görünüşlə ortaya çıxıb.
Bir müddətdir ki, çəki atan Erhan Ufak son paylaşımları ilə böyük səs-küyə səbəb olub. 55 kilo arıqlayan aktyor fit görünüşü ilə diqqət çəkib. Onun sosial şəbəkədə paylaşdığı fotolardakı transformasiya izləyicilərin “Qoca Güllü getdi” şərhinə səbəb olub.
Sənətə sadiq qalan aktyor Türkiyədə həyata keçirə bilmədiyi arzusunu Azərbaycanda reallaşdırıb. O, Türkiyə Rəssamlıq Akademiyasında gənclərə sənət təhsili verib, bu dəfə pərdə arxasında yeni nəslin yetişməsinə töhfə verib.
Medianews.az
