Medianews.az
Keçmiş hərbçinin film kimi qaçışı -
78 baxış

Keçmiş hərbçinin film kimi qaçışı - 6 metrlik divarı bu cür aşdı

Keçmiş Çin hərbçisi Myanmada əsirlikdən qaçmağı başarıb.

Medianews.az bildirir ki, hadisə barədə “South China Morning Post” məlumat yayıb.

Yan Ley adlı keçmiş hərbçi 20 ildən çox əvvəl motoatıcı qoşunlarda xidmət edib, son illərdə isə Taylandda turist bələdçisi kimi çalışıb. O, sərhəddə bələdçilik etdiyi turist qrupu ilə birlikdə oğurlanaraq Myanmaya aparılıb və internet fırıldaqçılarının düşərgəsinə satılıb.

Onları tələyə salan şəxs də sonradan həmin düşərgədə əsir vəziyyətinə düşüb. İlk gün Yan onu döyüb və bu, düşərgə rəhbərini təəccübləndirib. Bundan sonra ona telefon istifadə etməyə icazə verilib. Yan isə fürsətdən istifadə edərək ailəsinə deyil, gizli şəkildə Çin hüquq-mühafizə orqanlarına zəng edib və vəziyyəti xəbər verib.

Düşərgədə olarkən o, yataqxananın arxa hissəsində qum kisələri və taxtalar görüb. Onlardan istifadə edərək 6 metrlik divarı aşmağı bacarıb. Daha sonra sərhədə doğru yola çıxıb, lakin patrullardan yayınmaq üçün birbaşa yoldan getməyib və dağlara çəkilib.

İzlənməmək üçün bədəninə inək peyini sürtüb. Gecə saatlarında sərhədə çatıb və orada silahlı keşikçi ilə qarşılaşıb. Keçmiş hərbçi gizlicə yaxınlaşaraq keşikçini zərərsizləşdirib və sərhədi keçib.

Səhər tezdən Taylanda daxil olub, Çin səfirliyinə gedib və daha sonra iki həftə ərzində vətəninə qayıdıb.

Medianews.az

Bizə qoşulun