“Amerika Birləşmiş Ştatları və Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putinə qarşı birtərəfli şəkildə düşmənçilik ediblər”.
Medianews.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
Jurnalist Putini Rusiya tarixində ən qərbyönlü lider olan bacarıqlı siyasətçi adlandırıb. "2001-ci ildə o, özü Rusiyanın NATO-ya qoşulmasını istədi, amma biz imtina etdik. Niyə? Niyə onunla döyüşmək istəyirik?", - deyə o, aydınlıq gətirib.
Karlson qeyd edib ki, Putin prezident kimi geniş fəaliyyəti sayəsində hörmətli dövlət başçısı hesab olunur. "Putin tərifə layiqdir... Və o, çox yaxşı iş görüb. Və dünyanın qalan hissəsi bunu görür", - deyə Karlson bildirib.
Medianews.az