Medianews.az
Karaokedə himn oxuyan qadın
58 baxış

Karaokedə himn oxuyan qadın HƏBS EDİLDİ

Dominikan Respublikasında karaokedə dövlət himnini fərqli üslubda ifa edən qadın həbs edilib.

Medianews.az xəbər verir ki, 64 yaşlı Amarilis Brito Rodriqes himni dembou (Dembow) ritmində və dəyişdirilmiş tempdə səsləndirib.

Onun çıxışı sosial şəbəkələrdə yayılıb və qısa müddətdə müzakirələrə səbəb olub.

Bir neçə gün sonra qadın evində polis tərəfindən saxlanılıb. Onun hərəkəti “dövlət himnini təhqir etmək” kimi qiymətləndirilib. Qadın, bir neçə ay həbs və iri məbləğdə cərimə ilə üzləşə bilər.

Rodriqes bildirib ki, ifa etdiyi versiyanı illər əvvəl hazırlayıb və qanunu pozduğunu düşünməyib. O, sözləri azad ruhunu ifadə etmək üçün dəyişdirdiyini deyərək həmvətənlərindən üzr istəyib. Həbs anının görüntülərində isə qadının sakit və təmkinli davrandığı əks olunub.

Medianews.az

Bizə qoşulun