İsrailin ifrat sağçı Maliyyə naziri Bezalel Smotriçin oğlu Benya Hebronun Livan sərhədinə yaxın ərazidə Hizbullahla baş verən toqquşmalar zamanı qəlpə parçalarının dəyərək yaralanıb.
Hadisə nəticəsində onun qaraciyərinin ciddi zədələndiyi bildirilib. İsrail ilə Hizbullah arasında davam edən qarşıdurmanın təsirləri davam edərkən, İsrailin Maliyyə naziri Bezalel Smotriçin oğlu Benya Hebronun Livandakı hücumlar zamanı yaralandığı açıqlanıb. Bildirilir ki, Hizbullahın İsrail hücumlarına cavab verdiyi toqquşmalar zamanı qəlpə parçaları Hebrona dəyib və o, xəstəxanada müalicə altına alınıb.
Nazir Bezalel Smotriç oğlunun aldığı yaralar barədə açıqlama verib. Smotriç bildirib ki, qəlpə parçaları oğlunun belindən və qarnından keçərək qaraciyərində ciddi zədələnməyə səbəb olub. Qeyd edək ki, Smotriç oğlunu müharibəyə dualarla yola salmışdı və həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Smotriç açıqlamasında belə deyib:
"Qəlpə parçaları oğlumun belindən və qarnından keçdi, qaraciyərini parçaladı. Qəlpələrdən biri qarın nahiyəsində yerləşən ən böyük damarın düz yanında dayandı. Əgər o damar zədələnməsəydi oğlum daha ağır şəkildə yaralana bilərdi".
İsrailin müdafiə naziri İsrael Katz Smotriç ailəsinə dəstək mesajı göndərib. Katz açıqlamasında Maliyyə naziri Smotriç və ailəsinə “keçmiş olsun” diləklərini çatdıraraq Benya Hebronun tezliklə sağalmasını arzulayıb.
Katz mesajında bildirib:
" Dostum Maliyyə naziri Bezalel Smotriç və ailəsinə dəstəyimi bildirirəm və Livanda, Hizbullah terror təşkilatına qarşı vəzifəsini yerinə yetirərkən yaralanan oğlunun tezliklə sağalmasını arzulayıram"./Ajans.az/