Medianews.az
İspaniyada türkiyəli futbolçunun 200 min avroluq qol saatı oğurlandı
1,147 baxış

İspaniyada türkiyəli futbolçunun 200 min avroluq qol saatı oğurlandı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Sevilyada qarşılaşan İspaniya və Türkiyə millilərinin oyunundan sonra oğurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra Türkiyə yığmasının paltardəyişmə otağında futbolçulara məxsus təxminən 200 min avro dəyərində bir qol saatı və biri 60 min avrodan baha olan iki üzük itib.

Əşyaların əvvəlcə oyunçular tərəfindən unudulduğu düşünülsə də, qısa müddətdən sonra hadisənin oğurluq faktı olduğu üzə çıxıb.

Polis oğurlanan əşyaları tapa bilib. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

Bizə qoşulun