İşəqəbul zamanı bəzən müsahibə mərhələsində sual doğuran məsələlər ortaya çıxır.
Bunlardan ən çox müzakirə olunanı isə ailə vəziyyəti ilə bağlı sualdır.
Görəsən, daha çox xanımların narahat olduğu bu sualı hüquqi tərəfi varmı?
Medianews.az bildirir ki, bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.
O bildirib ki, şəxsi həyatla bağlı suallar bəzən diskriminasiya sayılır:
“Əlbəttə, şəxsi sualların hansısa formada şəxsi qəbul olunduğu işə aidiyyəti var. Elə işlər var ki, ailə vəziyyəti həm də biləvasitə iş funksiyası ilə bağlıdır. Yox, ailə vəziyyəti iş funksiyası ilə bağlı deyilsə, belə suallar ayrı-seçkilik riski yaradır və bəzən hüquqi məsələlərə qədər yol aça bilir”.