Öd kisəsində aşkarlanan poliplər bir çox hallarda xəstələri narahat edən suallar doğurur: əməliyyat vacibdirmi, yoxsa müşahidə kifayətdir?
Medianews.az xəbər verir ki, həkim-qastroenteroloq, endoskopist Mehdi Yusiflinin Oxu24.com-a verdiyi açıqlamaya görə, bu qərar polipin növü və ölçüsündən asılı olaraq verilir.
Mütəxəssis bildirir ki, öd polipləri əsasən iki qrupa bölünür: xolesterin (xoşxassəli) poliplər və adenomatoz poliplər. Xolesterin poliplər adətən təhlükəli hesab olunmur və uzun müddət dəyişmədən qala bilər.
Əgər polipin ölçüsü 1 santimetrdən kiçikdirsə, bu halda dərhal əməliyyata ehtiyac olmur. Belə pasiyentlər mütəmadi nəzarətdə saxlanılmalıdır. Tövsiyə olunur ki, hər 6 aydan bir ultrasəs müayinəsi aparılsın və polipin ölçüsündə dəyişiklik olub-olmadığı izlənilsin.
Azərbaycanla bağlı MÜJDƏ: Bu sahədə gücümüz artdı — Ekspertlər gözləntiləri AÇIQLAYIR
Lakin polipin ölçüsü 1 santimetrə çatdıqda və ya daha da böyüdükdə risk artır. Bu xüsusilə adenomatoz poliplər üçün xarakterikdir. Belə hallarda gələcəkdə xərçəngə çevrilmə ehtimalı nəzərə alınaraq planlı cərrahi müdaxilə – yəni əməliyyat tövsiyə olunur.
Həkim vurğulayır ki, düzgün yanaşma üçün hər bir pasiyent fərdi şəkildə qiymətləndirilməli, qərar isə müayinələrin nəticələrinə əsasən verilməlidir.