“Yaxın Şərqdəki müharibə təcavüzkar dayandırılarsa, dayana bilər”.
Medianews.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Diplomat vurğulayıb ki, müharibəyə son qoymağın yolu təcavüzkarı dayandırmaqdır: "BMT Təhlükəsizlik Şurasının səlahiyyəti var və istəsə, tədbir görə bilər".
Baqai bildirib ki, müharibə regionda digər ölkələrə yayılmamış beynəlxalq ictimaiyyət tədbir görməli, ABŞ və İsraili hərbi əməliyyatlara son qoymağa məcbur etməlidir.
Medianews.az