İran Silahlı Qüvvələri Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edib.
Bu barədə İran Silahlı Qüvvələri bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran qonşu və dost ölkə olan Türkiyənin suverenliyinə hörmət edir və onun ərazisinə hər hansı raketin atılması barədə məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi İrandan buraxıldığı müəyyən edilən və Türkiyə hava məkanına doğru yönələn ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilmiş NATOnun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.