Medianews.az
İntihar edən 21 yaşlı Kübra TikTok fenomeni imiş -
52 baxış

İntihar edən 21 yaşlı Kübra TikTok fenomeni imiş - VİDEO 23+

Türkiyədə sosial media fenomeni 21 yaşlı Kübra Karaarslan Osmangazi körpüsündən tullanaraq intihar edib.

Hadisə bazar ertəsi günü Kocaeli ilə Yalovanı birləşdirən Osmangazi körpüsünün Yalova Altınova istiqamətində baş verib.

Gənc qadın körpünün məhəccərlərinə çıxaraq özünü aşağı atmaq istəyib. Hadisə yerində olan vətəndaşlar uzun müddət onu bu fikrindən daşındırmağa çalışsalar da, bütün cəhdlər nəticəsiz qalıb. Kübra Karaarslan qəfil şəkildə özünü hündürlükdən atıb.

Hadisə anı körpüdə olan şəxslər tərəfindən mobil telefon vasitəsilə lentə alınaraq sosial mediada paylaşılıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən sudan çıxarılan gənc qadın Yalova Altınova Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, vəfat edən şəxs 21 yaşlı TikTok fenomeni Kübra Karaarslandır. Bildirilir ki, o, intihar etməzdən bir müddət əvvəl sosial media hesablarını bağlayıb.

Məlumata görə, Kübra Karaarslan Ümraniyedə yerləşən Hz. Yusif məscidinin imamı Osman Şevket Karaarslanın qızıdır. Onun cənazəsi İstanbula gətirilib, Ümraniyedə qılınan cənazə namazından sonra Başakşehir Kayabaşı qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Ümraniye Bələdiyyə Başçısı İsmət Yıldırım da iştirak edib./musavat.com/

 

Bizə qoşulun