Medianews.az
Həcc ziyarətinə sənəd qəbulunun
71 baxış

Həcc ziyarətinə sənəd qəbulunun MÜDDƏTİ UZADILDI

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

Medianews.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - deyə Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, həcc ziyarətinə son qeydiyyat tarixi ramazan ayının sonunadək müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.

Bizə qoşulun