Medianews.az
İnfarktın birinci əlamətləri ola bilər -
57 baxış

İnfarktın birinci əlamətləri ola bilər - xəbərdarlıq

Londonlu kardioloq Сeremi London bildirib ki, sinədə ağrı və ya təzyiq hissi infarktın birinci əlamətləri ola bilər.

Medianews.az-ın məlumatına görə, həkim qeyd edib ki, sinə ağrısı həmişə kəskin və dözülməz olmur. Bəzən bu, fiziki fəaliyyət zamanı yaranır və istirahət etdikdən sonra azalır.

Onun sözlərinə görə, bu hal ürək əzələsinin kifayət qədər oksigen almamasına işarə edə bilər. Bu isə çox vaxt infarktla nəticələnə bilən koronar arteriya xəstəliyi ilə əlaqələndirilir.

Kardioloq yaxınlaşan infarktın digər simptomlarını da sadalayıb:

  • Fiziki gərginlik zamanı artan nəfəs darlığı
  • Gəzinti və ya ev işləri kimi adi fəaliyyətlər zamanı həddindən artıq və izah olunmayan yorğunluq

Həkim vurğulayıb ki, bu əlamətlərə məhəl qoymamaq ciddi fəsadlara səbəb ola bilər. Vaxtında tibbi müayinə və müdaxilə isə həyat qurtara bilər.

Medianews.az

Bizə qoşulun