Medianews.az
İnəyin mədəsində
62 baxış

İnəyin mədəsində pulqabı tapıldı

Başqırdıstanda kəsilmiş inəyin mədəsində pulqabı tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Qafuriyski rayonunun Tolparovo kəndində baş verib.

Bir neçə gün əvvəl fermer heyvanı kəsib və mədəsində içərisində pul və sənədlər olan pulqabı aşkar edib. Bunun iş adamı Mixail Burdinskiyə məxsus olduğu üzə çıxıb.

Mixail Burdinski Tolparovoda turizm kurortunun tikintisində iştirak edir və tikinti briqadasına maaş vermək üçün pulqabısında pul saxlayırmış. İtkin düşəndən sonra o, pulun oğurlana biləcəyindən şübhələnib, çünki məbləğ əhəmiyyətli idi.

Mədəsində pulqabı olan inək Rif adlı yerli sakinə məxsusdur. O, heyvanı kəsərkən mədəsində olan pul kisəsini görüb və sahibinə təhvil verib. Burdinskinin sözlərinə görə, əskinaslar yuyulub qurudulub və pul kisəsini xatirə kimi saxlamaq niyyətindədir.

Medianews.az

Bizə qoşulun