Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyevin həyat yoldaşı, keçmiş aparıcı Zəhra Quliyeva son günlər sosial şəbəkədəki aktiv paylaşımlarıyla diqqət çəkib.
Z.Quliyevanın yeni peşəsi gündəm olub. O, paylaşımlarda terapiyalarla məşğul olduğunu bildirib.
Z.Quliyeva "Oyanış" ThetaHealing terapiyası" başlıqlı paylaşımları ilə insanları meditasiyalara səsləyib.
Qeyd edək ki, Z.Quliyevanın M.Quliyevlə nikahından iki övladı var. Axşam.az