Medianews.az
"Arsenal"dan baş məşqçinin gələcəyi ilə bağlı
76 baxış

"Arsenal"dan baş məşqçinin gələcəyi ilə bağlı QƏRAR

"Arsenal" rəhbərliyi baş məşqçi Mikel Artetanın nəticələrindən məmnundur. 

Lent.az-ın məlumatına görə, "topçular" baş məşqçinin müqaviləsini uzatmaq niyyətindədirlər.

Qeyd olunur ki, ispaniyalının "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. London klubunun rəhbərliyi ən azı 2028/29 mövsümünün sonuna qədər Arteta ilə işləməyə hazırdır. O, 2019-cu ilin dekabrında "topçular"ın baş məşqçisi vəzifəsinə təyin olunub.

Məlum olduğu kimi, Arteta paytaxt klubunun rəhbərliyi altında 2019/20 mövsümündə İngiltərə Kubokunu və iki Super Kuboku qazanıb.

Bu mövsüm “Arsenal” Premyer Liqada altı xalla liderlik edir və Çempionlar Liqasının qrup mərhələsindəki altı oyunun hamısında qalib gəlib.

Bizə qoşulun