Yekaterinburqda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarını mühakimə etmək üçün andlılar kollegiyası seçilib.
Oxu.Az xəbər verir ki, məlumatı Ura.ru saytı yayıb.
Dinləmə qapalı keçirilib. Əsas andlılar heyəti altı nəfərdən ibarətdir. İki nəfər isə ehtiyatda var.
Andlılar kollegiyasının müşavirəsi 26 yanvar saat 14:00-da keçiriləcək.
Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. Müstəntiqlər onu F.Şirinova qarşı sui-qəsd cəhdində və 2001-ci ildə satıcı İkram Paşayevin qətlinin təşkilində şübhəli bilirlər.
F.Şirinov təsadüf nəticəsində sağ qalıb. On beş il sonra iş yenidən açılıb. Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da Ş.Şıxlinski ilə birlikdə mühakimə olunacaqlar. Onlar qəsdən adam öldürməyə cəhddə və həmvətənlərinin qətlində ittiham olunurlar.