Medianews.az
Əsrin planetlər paradı kulminasiya nöqtəsinə yaxınlaşır:
128 baxış

Əsrin planetlər paradı kulminasiya nöqtəsinə yaxınlaşır: Nə vaxt görmək olacaq?

Günəş sisteminin planetləri əsas ulduzun ətrafında toplaşmağa davam edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat verib.

Kosmosdan əldə edilən görüntülərə əsasən, Yerə ən yaxın üç planet - Merkuri, Venera və Mars görünməyə başlayıb.

"Cari yüzilliyin (əsrin) bu miqyasına görə unikal paradının kulminasiya nöqtəsi artıq bir həftə sonra, 21-22 yanvar tarixlərində gözlənilir", - deyə məlumatda bildirilib.

Laboratoriya iddia edir ki, Merkuri Günəşə yaxınlaşdıqda bunun mümkün olacağı ehtimal edilir. Bunun nəticəsində simmetrik konfiqurasiya - dörd cisimdən ibarət xaç yaranacaq. Günəş və Merkuri şaquli oxu, Venera və Mars isə üfüqi oxu formalaşdıracaq.

Bizə qoşulun