Medianews.az
Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ:
63 baxış

Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı

Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəmli avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazından (dəm qazı) boğulublar.

Nəticədə onlar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun