Medianews.az
"Real"ın televiziyası komandanı tənqid etdi:
121 baxış

"Real"ın televiziyası komandanı tənqid etdi: Üç gün ərzində iki titul itirdik

“Real”ın klub televiziyası İspaniya Kubokunun 1/8 finalında “Albasete”yə 2:3 hesablı məğlubiyyətdən sonra komandanın çıxışını dəyərləndirib.

Publika.az xəbər verir ki, klubun media orqanı komandanı çıxışına görə tənqid edib:

“Bu gün “Real” Albasetedə özünü göstərə bilmədi. Bunu etiraf etməliyik, bu, çox pis görüntüdür. Alvaro Arbeloa günahkar deyil və bu matç dönüş nöqtəsi olmalıdır. Üç gün ərzində iki titul itirdik.

İndi hər şey dəyişməlidir. Oyunumuzu ciddi şəkildə yaxşılaşdırmalı və bunu tez etməliyik. Turnirlərdən biri artıq əldən çıxıb, lakin şənbə günü La Liqa oyunu var, Çempionlar Liqası bərpa olunacaq və biz dərhal reaksiya verməliyik. “Real” bu vəziyyətdən çıxmalıdır”.

Qeyd edək ki, bu qarşılaşma “Real” üçün yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında ilk oyun olub. O, bu vəzifədə Xabi Alonsonu əvəz edib. Madrid klubu İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzduqdan sonra Alonso istefaya göndərilmişdi.

Bizə qoşulun