Medianews.az
Keçmiş arvadını uşaqlarının gözü qarşısında
77 baxış

Keçmiş arvadını uşaqlarının gözü qarşısında bıçaqlayaraq ÖLDÜRDÜ 

Fransanın Nitsa şəhərində çeçen kişi 39 yaşlı keçmiş arvadını öldürüb və 17 yaşlı qızına çoxsaylı bıçaq zərbələri vurub. 

Medianews.az xəbər verir ki, noyabrın 4-də baş verib. Bu barədə Fransanın "Nice-matin" qəzeti yazıb.  Nəşrə görə, qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Hadisələr gecə saat 14:00 radələrində Nitsanın Moulins rayonunda baş verib", - məlumatda deyilir. KİV-in məlumatına görə, hücum qurbanın üç yaşlı qızının gözü qarşısında baş verib.
Alpes-Maritimes prokurorluğu şübhəlinin elə həmin gün polis tərəfindən saxlanıldığını təsdiqləyib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Həmçinin bildirilir ki, 2023-cü ilin dekabrında həmin şəxs artıq məişət zorakılığına görə məsuliyyətə cəlb edilib, bundan sonra məhkəmə nəzarətinə götürülüb və 2024-cü ilin mayında azad edilib.
Mərhumun tanışı “Instagram”da bildirib ki, şübhəli şəxs və onun ailəsi əvvəllər uşaqların Fransadan Çeçenistana getməsinə qadağa qoyublar.

Medianews.az

Bizə qoşulun