Medianews.az
Rusiyalı milyonçu həyat yoldaşı ilə birlikdə BU ÖLKƏDƏ ÖLDÜRÜLDÜ -
98 baxış

Rusiyalı milyonçu həyat yoldaşı ilə birlikdə BU ÖLKƏDƏ ÖLDÜRÜLDÜ - Dəhşətli QƏTLİN DETALLARI

Birləşmiş Ərəb Əmirliklərində məşhur rus kriptovalyuta fırıldaqçısı Roman Novak və həyat yoldaşı vəhşicəsinə qətlə yetirilib.

Musavat.com xəbər verir ki, cütlük bir ay əvvəl itkin düşüb, bundan sonra yaxınları polisə müraciət ediblər.

İstintaq müəyyən edib ki, cütlük fidyə üçün qaçırılıb, lakin pulu almadan cinayətkarlar onları öldürüblər. Novakın telefonundan sonuncu siqnal Cənubi Afrikada qeydə alınıb.

Rusiya vətəndaşları olduğu müəyyən edilən şübhəlilər saxlanılıb və tezliklə Sankt-Peterburqa təhvil veriləcəklər.

Qeyd edək ki, Novak əvvəllər kripto biznesini inkişaf etdirmək bəhanəsi ilə investorlardan alınan təxminən 500 milyon dolları oğurlayıb.

Bizə qoşulun