ABŞ prezidenti Donald Tramp Vaşinqtonda beş Mərkəzi Asiya ölkəsinin prezidenti ilə görüşüb .
Medianews.az xəbər verir ki, bu barədə “Sputnik Near Abroad” telegram kanalında məlumat verib.
Görüş ABŞ-Mərkəzi Asiya Forumu çərçivəsində baş tutub. Tədbirdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev; Özbəkistan prezidenti Şavkat Mirziyoyev; Tacikistan prezidenti Emomali Rahmon; Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov; və Qırğızıstan prezidenti Sadır Japarov iştirak edib.
Qeyd olunur ki, gündəliyə iqtisadi və ekoloji əməkdaşlıq məsələləri, həmçinin faydalı qazıntıların alınması imkanları daxil edilib.
Medianews.az