Səbail rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 30-u saat 15 radələrində 1944-cü il təvəllüdlü Həqiqət Vəliyeva yaşadığı Y.Mürsəlov küçəsindəki evinin hamam otağında yıxılıb.
Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın bir həftə sonra vəfat edib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.