“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, Emil Nəcəfov diş ağrısından əziyyət çəkib.
F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunu düşündüklərini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.