Medianews.az
2033-cü ilədək qüvvədə olan güzəştlər -
411 baxış

2033-cü ilədək qüvvədə olan güzəştlər - Kim qazanacaq? - AÇIQLAMA

“İşğaldan azad edilmiş ərazilər üçün vergi güzəştləri eynilə 2026-cı ildən Naxçıvan MR-ə də aid ediləcək”. Bunu Medianews.az-a açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib.

O bildirib ki, 2033-cü ilədək qüvvədə olan güzəştlər biznesi demək olar ki, bütün vergilərdən azad edir: “Bu güzəştlərin hər 2 bölgədə hansı iqtisadi nəticələrə gətirib çıxaracağına dair dərin və elmi yükü olan bir araşdırma olduğuna əmin deyiləm. Əgər varsa, 10 və 20 il sonra bu bölgələrin iqtisadiyyatı üçün pronozlaşdırılan göstəriciləri, hər 2 bölgənin ölkə iqtisadiyyatına verəcəyi töhfələri cəmiyyət üçün də açıqlamaq olar. Vergi güzəştləri təkbaşına iqtisadi inkişafı təmin edə biləcək alət deyil.  İqtisadi azadlıqların və sağlam rəqabətin, mülkiyyət hüququna təminatların, effektiv yerli idarəetmənin olmadığı şəraitdə təkbaşına vergi güzəştləri nəticə vermir.

Əksinə qeyd elədiyim ayaqların olmadığı, üstəgəl, şəffaflıq və hesabatlılığın, müstəqil media və vətəndaş cəmiyyətinin olmadığı şəraitdə bu cür güzəştlər çox dar iqtisadi qruplar üçün öz sərvətlərini daha da artırmaq üçün göydəndüşmə imtiyaza, mükafata çevrilir. Bir çox hallarda bölgələrarası sosial-iqtisadi bərabərsizliyi daha da dərinləşdirir”.

R.Ağayevin sözlərinə görə, əgər ölkə daxilində olan sərbəst resursları bu bölgələrə həvəsləndirməkdən söhbət gedirsə, nisbətən aşağı vergi yükü ilə bütün bölgələrə münasibətdə bu addımı atmaq olar: “Bu güzəştlər yüksək texnolji və əlavə dəyər yaradan istehsal və xidmət üçün cəlbedici olsacaqsa, nəticəsi olacaq. Amma son 20-25 ildə qeyri-neft sektoruna xarici sərmayə axınlarının miqyası göz qabağındadır və səbəbləri də hər kəsə məlumdur. Əgər təkbaşına vergi güzəşti ilə iqtisadi inkişafa nail olmaq mümkün idisə, bölgələr üçün 2%-lik 20 il sadələşdirilmiş vergi qüvvədə oldu. Ən azından bölgələrdə kiçik sahibkarlıq bunun sayəsində inanılmaz inkişaf gösərə bilərdi. Göstərdimi, hanı nəticələri?

Yaxud neçə illərdir investisiya təşviqi sənədilə biznesə, xüsüsən sənaye və turzim sahəsində olnalara geniş güzəşt paketi təklif olunur - həm vergi, həm də gömrük ödəmələri ilə bağlı.

Verilən güzəştlərin müqabilində nəticələr nədir? Nə qədər biznes subyekti bu imkandan bəhrələnib, onun nə qədər hissəsi monopolist və oliqarxik qruplara bağlı olmayan kiçik biznes olub?”.

Nailə Qasımova,

Medianews.az

 

Bizə qoşulun