Medianews.az
İran Prezidenti vəziyyətə nəzarəti itirib - Dialoq imkanı tükəndi -
126 baxış

İran Prezidenti vəziyyətə nəzarəti itirib - Dialoq imkanı tükəndi - Növbədə xarici müdaxilədir

“Hadisələrin gedişi göstərir ki, İran Prezidenti Məsud Peşezkian vəziyyətə nəzarəti tam itirib”. Politoloq Elxan Şahinoğlu bu fikirdədir.

Politoloq Medianews.az-a açıqlamasında deyib ki, Pezeşkian etirazın ilk günlərində “dialoq quraq” və “etirazçılara atəş açmayın” kimi çağırışlar etsə də, bu çağırışları eşidən olmadı:

“İslam Keşikçiləri Koprusu (SEPAH) öz bildiyini edir, əmr ali dini lider və azğınlaşmış generallardan gəlir. Onların itirəcəyi heç nə yoxdur, ona görə “öldür” əmri veriblər. Qətliamın miqyası genişlənib. Məsud Pezeşkianın yeni açıqlamasının da əhəmiyyəti yoxdur. O yenə deyib ki, vətəndaşların dinc şəkildə etiraz etmək hüququ var və hökumət xalqın səsini dinləməyə hazırdır. Pezeşkian bunun ardınca onu da vurğulayıb ki, “zorakılıq və iğtişaşlar qəbuledilməzdir və bu cür hallara qarşı sərt tədbirlər görüləcək”.

İnsanlara atəş açanlar dinc etirazçılarla iğtişaşçılar arasında fərq qoymur, ölənlər arasında hər ikisi var. Dialoq imkanları tükənib, növbədə xarici müdaxilədir”.

Medianews.az

Bizə qoşulun