Medianews.az
Dövlət Nəzarəti Xidmətinə yeni rəis müavini təyin olunub
48 baxış

Dövlət Nəzarəti Xidmətinə yeni rəis müavini təyin olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini kollektivə təqdim edilib. ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, Əliağa Əzizov rəis müavini vəzifəsinə təyin olunub.

Oxu.Az xəbər verir ki, bu, xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

Bununla bağlı xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbir keçirilib. R.Aslanov çıxışında qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərib:

"Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir".

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Xatırladaq ki, Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda "Su ehtiyatlarının idarə edilməsi" üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da "Elm və innovasiya" sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.

Bizə qoşulun