Medianews.az
Tbilisi prospektində maşın yanır -
99 baxış

Tbilisi prospektində maşın yanır - Yolda tıxac yaranıb

Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hadisə səbəbindən "20 Yanvar" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

***

21:40

Paytaxtın Tbilisi prospektində yanğın hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat verilib. Hadisə şahidlərinin dediklərinə görə, yolda maşın yanmağa başlayıb.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Hadisənin görüntülərini təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

@baku.ws_official'in paylaştığı bir gönderi

Bizə qoşulun