Medianews.az
Qazaxda qəza olub, ölən var
53 baxış

Qazaxda qəza olub, ölən var

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili arxadan ağır tonnajlı yük avtomobilinə çırpılıb.

Qəza zamanı minik avtomobilində olan K. Salmanov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun