Medianews.az
Alvaro Arbeloa: "Mourinyoya bənzəməyə çalışsaydım, sarsıdıcı uğursuzluğa uğrayardım"
52 baxış

Alvaro Arbeloa: "Mourinyoya bənzəməyə çalışsaydım, sarsıdıcı uğursuzluğa uğrayardım"

"Əgər Mourinyoya bənzəməyə çalışsaydım, sarsıdıcı uğursuzluğa uğrayardım".

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri "Real Madrid"in yeni baş məşqçisi Alvaro Arbeloa mətbuat konfransında Joze Mourinyonun ona təsiri barədə sualı cavablandırarkən deyib.

"Onun rəhbərliyi altında məşq etmək, onun təsiri altında olmaq mənim üçün böyük şərəf idi. Mən Arbeloa kimi olacağam. Uğursuzluqdan qorxmuram, lakin əgər Mourinyoya bənzəməyə çalışsaydım, sarsıdıcı uğursuzluğa uğrayardım", - deyə o bildirib.

Qeyd edək ki, Arbeloa 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubunda Mourinyonun rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, dünən istefaya göndərilən Xabi Alonsonu "kral klubu"nda Alvaro Arbeloa əvəzləyib.

Bizə qoşulun