Medianews.az
X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı
52 baxış

X sosial şəbəkəsinin fəaliyyətində problem yarandı

"X" sosial şəbəkəsinin istifadəçiləri platformanın işində genişmiqyaslı problemlər yarandığını bildiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Downdetector" saytı məlumat yayıb.

Kütləvi nasazlıq bu gün axşam saatlarında başlayıb. Şikayətlərin çoxu ABŞ-dən daxil olub - 5 mindən çox müraciət qeydə alınıb.

Sosial şəbəkənin işləməsi ilə bağlı problemlər barədə Kanada, Böyük Britaniya, Fransa, İspaniya, Almaniya, Braziliya, Hindistan və digər ölkələrdən olan istifadəçilər də məlumat veriblər.

İstifadəçilərin əksəriyyəti tətbiqin açılmaması və xəbər lentinin yenilənməməsi ilə bağlı çətinliklər yaşadıqlarını qeyd ediblər.

Bizə qoşulun