Biz istəyirik ki, cənub-şimal birləşsin, vahid Azərbaycan dövləti qurulsun.
Bunun üçün İran deyilən bir klassik qurumun dağılması labüddür.
O dağılmasa, dediyimiz mümkün deyil.
Özünüzü aldatmayın, onu bizdən başqa heç kim dağıda bilməz.
Dağılmasa, qurulmayacaq. Bizi yenə aldatmağa çalışacaqlar.
Onlarla millət var İranda, biz nəyə görə özümüzdən öncə onların taleyini düşünməliyik? Yetər ki, biz öz taleyimizi ortaya qoyaq.
Xilafət dövrü keçdi getdi, ümmət öz zamanını yaşadı.
Yaşamaq istəyəni, qardaş olmaq istəyəni türk heç zaman kəsməyib, özü ilə bərabər tutub. Xainlər və xəyanətkarlar heç kimə lazım deyil.
Diplomatiya dövlətin olsun, qələm əhli günün həqiqətini görsün və onu xalqla bölüşməkdən çəkinməsin.
Çay hər gün qırmızı alma gətirmir. Bütün işləri vaxtında görmək lazımdır.
Səfər Alışarlı,
yazıçı-publisist