Hörmüz boğazında artan ABŞ-İran gərginliyi fonunda Fransanın CMA CGM şirkətinə məxsus “San Antonio” yük gəmisi hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, CMA CGM şirkəti hadisə ilə bağlı məlumat yayıb
Şirkətin açıqlamasına görə, insident zamanı gəmidə ciddi ziyan yaranıb, ekipaj üzvlərindən yaralananlar olub. Yaralıların təxliyəsi həyata keçirilib və onlar tibbi nəzarətə götürülüb.
Hadisənin necə baş verdiyi və hücumu kimin həyata keçirdiyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Medianews.az