Medianews.az
Hindistan: Gecə klubunda baş vermiş yanğında 25 nəfər həlak olub
74 baxış

Hindistan: Gecə klubunda baş vermiş yanğında 25 nəfər həlak olub

Hindistanın Qoa ştatında gecə klubunda baş vermiş yanğın nəticəsində 25 nəfər həlak olub, onların arasında azı 4 turist var.

TASS xəbər verir ki, bu barədə məlumat polis rəisi Alok Kumarın açıqlamasında yer alıb.

Kumarın sözlərinə görə, daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Hadisə nəticəsində azı 50 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, Arpora kəndindəki "Birch by Romeo Lane" adlı gecə klubunda baş vermiş yanğının səbəbi müəssisənin mətbəxindəki qaz balonunun partlaması olub./Oxu.Az

Bizə qoşulun