Medianews.az
Həmin villa Səhlab Bağırovun
113 baxış

Həmin villa Səhlab Bağırovun qardaşının imiş

Bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.

Medianews.az Teleqraf-a istinadən xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.

Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.

Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun