Medianews.az
Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin
108 baxış

Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı

2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edib və Azərbaycan vətəndaşlığı alıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə ümumilikdə 1426 nəfər Gürcüstan vətəndaşlığından imtina edib ki, bu da 2024-cü illə müqayisədə 166 nəfər və ya 10% azdır. Statistikaya görə, ötən il Gürcüstan vətəndaşlığını çıxan 1426 nəfərdən 639-u Rusiya Federasiyasının vətəndaşlığını alıb. Yunanıstan ikinci yerdədir (209 nəfər Gürcüstan vətəndaşlığını itirib), Türkiyə isə üçüncü yerdədir (121 nəfər).

Bundan başqa Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə 2333 nəfərə Gürcüstan vətəndaşlığı verilib ki, bu da 2024-cü illə müqayisədə 1254 və ya 35% azdır./oxu.az

Bizə qoşulun