Medianews.az
Futbol matçında gülməli hadisə: Azarkeş yayım kamerasını ələ keçirdi və... -
123 baxış

Futbol matçında gülməli hadisə: Azarkeş yayım kamerasını ələ keçirdi və... - VİDEO

Argentina Kubokunun 1/16 final mərhələsində “Akasuso” ilə “Ximnasiya” arasında keçirilən matç zamanı maraqlı və gülməli insident baş verib.

Medianews.az Publik.az-a istinadən xəbər verir ki, oyunun ilk hissəsinin sonlarında diqqət mərkəzində matç yox, azarkeşlərdən biri olub.

Qarşılaşmanın 37-ci dəqiqəsində bir fanat operatorun işlədiyi yerə yaxınlaşaraq qəfil kameranı ələ keçirib. Nəticədə yayımda oyun əvəzinə həmin azarkeşin üzü görünüb və o, özünü çəkməyə başlayaraq canlı efirdə əsl xaos yaradıb.

Bu hadisəyə görə rejissorlar təcili şəkildə yayımı başqa kameraya keçirməyə məcbur olublar. Qısa müddət sonra vəziyyət nəzarətə götürülüb, azarkeş sakitləşdirilib və avadanlıq operatora qaytarılıb.

Maraqlı epizoda baxmayaraq, qarşılaşma “Ximnasiya”nın 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, final fitindən sonra əsas müzakirə mövzusu məhz bu hadisə olub.

Bizə qoşulun