Azərbaycanın Əmək Məcəlləsinə görə, həftələr arasındakı istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Medianews.az bunu nəzərə alaraq 2026-cı ilin iş günü sayılmayan bayram günlərinin siyahısını tərtib edib:
Yeni il - 1-2 yanvar
Qadınlar Günü - 8-9 mart
Novruz bayramı və Ramazan bayramı - 20-30 mart
Faşizm Üzərində Qələbə Günü - 9-11 may
Qurban bayramı və Müstəqillik Günü - 27-29 may
Azərbaycan Xalqının Milli Qurtuluş Günü - 15 iyun
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü - 26 iyun
Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - 8-10 noyabr
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - 31 dekabr.