Medianews.az
Gəncədə ağır qəza: Kuryer həyatını itirdi -
174 baxış

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Hadisə saat 23:00-da baş verib.

Qəzaya düşən "Toyota Land Cruiser" markalı, 20-DA-444 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında Samux rayon sakini, 1990-cı il təvəllüdlü Ceyhun Rəhim oğlu Əliyev, həyatını itirən moped sürücüsü isə Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Amin Vidadi oğlu İsmayılov olub.

Hadisədə xəsarət alan olmayıb. Qəzanın ilkin səbəbləri araşdırılır.

***

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza "Toyota" markalı minik avtomobili ilə kuryerin idarə etdiyi mopedin toqquşması nəticəsində baş verib.

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Qəza zamanı kuryer işləyən Amin adlı şəxsin aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirdiyi bildirilir.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunublar.

Qəzanın təfərrüatı ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.//Oxu.az

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Bizə qoşulun