Türkiyənin Şırnak vilayətində çalışan gənc tibb bacısının müəmmalı ölümü araşdırılır.
Medianews.az xəbər verir ki, hadisə Şırnak şəhərinin Yeni Mahalle məhəlləsində qeydə alınıb.
Məlumata görə, Şırnak Dövlət Xəstəxanasında çalışan 28 yaşlı tibb bacısı F.Y. növbədən sonra yaşadığı evə gedib.
Səhər saatlarında onun telefon zənglərinə cavab verməməsi həmkarlarında narahatlıq yaradıb. Bundan sonra dostları çilingərin köməyi ilə evə daxil olublar.
Evdə aparılan yoxlama zamanı gənc tibb bacısı hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə barədə dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat verilib.
Ünvana göndərilən səhiyyə işçiləri, polis və yanğınsöndürmə briqadalarının apardığı ilkin müayinə zamanı F.Y.-nin həyatını itirdiyi müəyyən olunub.
Polis hadisə yerində araşdırmalara başlayıb. Gənc qadının meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün Şırnak Dövlət Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı istintaq davam etdirilir.