Medianews.az
Filippində 6 bal gücündə
43 baxış

Filippində 6 bal gücündə zəlzələ olub

Filippinin şərqində yerləşən Samar adası ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar adanın şimal-qərbində yerləşən Nena bölgəsi yaxınlığında baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerin təxminən 73 kilometr dərinliyində qeydə alınıb və ölkənin şərq sahilində yerləşən digər yaşayış məntəqələrində də hiss olunub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan yoxdur, həmçinin ciddi dağıntı qeydə alınmayıb.//BAKU.WS 

Bizə qoşulun