Medianews.az
FIFA iki türk klubuna
67 baxış

FIFA iki türk klubuna transfer qadağası qoydu

FIFA Türkiyənin “Kayserispor” və “Amedspor” klublarına sərt transfer qadağası tətbiq edib.

Medianews.az  xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Yayılan məlumata əsasən, Superliqada mübarizə aparan “Kayserispor” ardıcıl olaraq növbəti üç transfer pəncərəsində heyətinə heç bir yeni oyunçu qata bilməyəcək.

I Liqa təmsilçisi “Amedspor” üçün isə vəziyyət daha mürəkkəbdir. Klub qeyri-müəyyən müddətə transfer hüququndan tamamilə məhrum edilib.

Bizə qoşulun