Bəhreyn Kralı Hamad bin İsa Əl Xəlifə İranı dəstəklədiyi iddia olunan şəxslərin vətəndaşlıqdan çıxarılması ilə bağlı göstəriş verib.
Musavat.com xəbər verir ki, daha əvvəl 69 nəfərin vətəndaşlığı ləğv olunmuşdu.
Qərar bəzi şiə deputatların “İran hücumlarını tərifləyənlərin vətəndaşlıqdan çıxarılması” ilə bağlı qanun layihəsini rədd etməsindən sonra qəbul edilib.
Kral açıqlamasında “xain hücumlar” və “düşmənə xidmət edənlər” kimi sərt ifadələr işlədib.
Eyni zamanda, rəsmi Manama İranı region ölkələrinin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.