Rusiyanın Wildberries və Ozon platformaları Ermənistandan olan məhsulları siyahılarından çıxarıb.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, marketpleyslər bu addımı Rusiyada gömrük rəsmiləşdirilməsi qaydalarının dəyişməsi ilə izah edir.
Bildirilir ki, yeni tələblər səbəbindən Ermənistandan malların çatdırılmasında ciddi çətinliklər yaranıb.
Nəticədə, istifadəçilər artıq bu platformalarda Ermənistan mənşəli bir çox məhsulları əldə edə bilmirlər.