Medianews.az
Əyləncə faciəyə çevrildi -
50 baxış

Əyləncə faciəyə çevrildi - Yeniyetmə barmağını itirdi

Göygöl rayonunun Üçtəpə kəndində 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb.

Medianews.az Report-a istinadən xəbər verir ki, hadisə martın 22-də qeydə alınıb.

Gəncə şəhər sakini Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitənin partlaması nəticəsində əlləri əzilmiş-deşilmiş və bir barmağı amputasiya olunub.

Araşdırma aparılır.

Bizə qoşulun