2022-ci ilin may ayında İranda casusluq ittihamı ilə həbs edilən və o vaxtdan paytaxt Tehrandakı Evin zindanında saxlanan Fransa vətəndaşları Sesil Koler və Jak Paris 2026-cı ilin apelində azad olunandan sonra vətənlərinə Azərbaycan Respublikasından keçib gediblər.
Medianews.az bildirir ki, xəbəri CNN kanalı yayıb.
Məlumata görə, Sesil Koler və Jak Paris azadlığa buraxılandan sonra bir müddət Tehranda Fransanın diplomatik nümayəndəliyində qalıblar. Aprelin 7-də isə quru yolla İranı tərk edərək Azərbaycan Respublikasına gəliblər. Daha sonra Bakıdan təyyarə ilə Parisə uçublar.
Vətənlərinə çatandan bir neçə saat sonra onları Fransa prezidenti Emmanuel Makron qəbul edib.



