Sosial mediadan tanış olduqları kişini döyüb, söyən sevgililər saxlanılıb.
Milli.Az xəbər verir ki, sosial mediadan tanış olduqları kişini evə çağıran A.Ü. və onun sevgilisi A.C.Y. əvvəlcə "qurban"ı döyüb, sonra isə telefon, pul qabı və kredit kartı şifrəsini ələ keçirərək müxtəlif alış‑verişlər edib.
Hadisəyə görə, A.Ü. evə dəvət etdiyi kişini alış‑veriş üçün evdən çıxdığı zaman A.C.Y. evə daxil olub. Kişi qayıtdıqda həm A.Ü., həm də A.C.Y. tərəfindən döyülüb və əşyaları ələ keçirilib.
Onlar hücuma məruz qalanın kredit kartları ilə telefon alıb, restoranda yemək yeyib və market alış‑verişi ediblər.
Kişi polisə müraciət edib. Əməliyyat nəticəsində A.Ü. və A.C.Y. tutulub. Araşdırmada A.C.Y.-nin 16 cinayət üzündən axtarışda olduğu məlum olub.
Məhkəmə onların həbs olunması barədə qərar qəbul edib.