Avstraliyalı üç uşaq anası Kloi Moudi Vyetnamda burun və göz qapağı əməliyyatı etdirərkən ağır fəsadlarla üzləşib.
Medianews.az xəbər verir ki, hadisə Vyetnamın Da Naq şəhərində baş verib.
31 yaşlı qadının sadə estetik müdaxilədən sonra orqanları qəfil fəaliyyətini dayandırıb. O, təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə barədə danışan bacısı bildirib ki, Kloi əməliyyatdan sonra özünü pis hiss etməyə başlayıb, bədəninin müxtəlif nahiyələrində ağrı yaranıb. Bir neçə saat sonra vəziyyəti kəskinləşib və nəfəsi dayanıb. Həkimlər onun qısa müddətdə çoxsaylı orqan çatışmazlığı yaşadığını bildiriblər.
Ailə Kloini müalicə üçün Avstraliyaya geri gətirmək məqsədi ilə ianə kampaniyası başladıb. Bu günə qədər təxminən 23 min Avstraliya dolları toplanıb.
Medianews.az

