Ermənistan parlamenti ölkənin 2026-cı il büdcəsini təsdiqləyib. Dekabrın 4-də qəbul edilən büdcə qanununa görə, gələn il gəlirlər 2025-ci illə müqayisədə 8,9 faiz, xərclər 5,4 faiz artmalı, 1,4 milyard dollara yaxın kəsir qeydə alınmalıdır.
Medianews.az bildirir ki, Müdafiə Nazirliyinin xərclərində 15,3 faiz, Daxili İşlər Nazirliyinin xərclərində 2,2 faiz azalma, sosial müdafiə xərclərində 9,6 faiz, təhsil xərclərində 21 faiz, səhiyyə xərclərində 26,5 faiz artım nəzərdə tutulur.